Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb

19 Dekabr 2021 12:24

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin saxlanılan erməni hərbçilərinin Ermənistan tərəfə təhvil verilməsini alqışlayıb.

Bu barədə Şarl Mişel "Twitter"də paylaşım edib.

"Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakının 10 erməni saxlanılanını azad etməsini səmimiyyətlə alqışlayırıq. Bu Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir", - deyə o bildirib.

Aİ Şurasının Prezidenti qeyd edib ki, Aİ tərəfi saxlanılanların İrəvana transferin həyata keçirib.

Milli.Az