Roman Abramoviç Portuqaliya vətəndaşlığını alıb

18 Dekabr 2021 23:52

Rusiyalı milyarder Roman Abramoviç Portuqaliya vətəndaşlığını alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 55 yaşlı Abramoviç bu ilin əvvəlində Portuqaliya vətəndaşlığına qəbul edilib. Milyarder Sefarad yəhudilərinin nəslindən olan Portuqaliya pasportunun sahibi olub.

Qeyd edək ki, rusiyalı milyarder "Porto" yəhudi icmasının üzvüdür.

Milli.Az