Bakıda 6 yaşlı uşaq dəm qazından zəhərlənib

18 Dekabr 2021 23:51

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. 2015-ci il təvəllüdlü Quluzadə Mikayıl Cəbrayıl oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. Azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az