Bərdədə ticarət obyektləri yanıb

18 Dekabr 2021 22:17

Bərdədə ticarət obyektlərində yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın şəhərin Bakı küçəsində qeydə alınıb.

İlkin məlumata görə, üç sahibkara məxsus obyekt tamamilə yanıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən alovun digər obyektlərə keçməməsi üçün müvafiq tədbirlər görülür.

Milli.Az