Yüngül mühərrikli özəl təyyarə Dominikan Respublikasının paytaxtı Santo Dominqoda yerləşən Las-Amerika hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan sərnişinlər həlak olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, olay nəticəsində həyatını itirənlər arasında "Flow Movie" ləqəbli 36 yaşlı musiqi prodüseri Xose Angel Ernandes də olub. Onunla yanaşı 31 yaşlı həyat yoldaşı, 4 yaşlı azyaşlı övladı da qəzada dünyasını dəyişib.
Bəzi mənbələr prodüserin digər ailə üzvlərinin də təyyarədə olduğunu istisna etmir.
Milli.Az