Ərdoğan Qətər Əmirilə telefonla danışıb

18 Dekabr 2021 21:29

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Qətər dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl Sani ilə telefonla danışıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, R.T.Ərdoğan telefon söhbətində Qətərin Milli Müstəqillik Günü münasibətilə Şeyx Təmim bin Həməd əl Sanini və Qətər xalqını təbrik edib.

Hər iki lider Türkiyə-Qətər əlaqələrinin inkişafı və regional məslələrlə bağlı fikir mübadiləsi də aparıblar.

Qeyd edək ki, 1971-ci ildə ingilis müstəmləkəsindən azad edilən Qətər o tarixdən indiyədək hər il Milli Müstəqillik Gününü qeyd edir.

Milli.Az