Sabirabad sakini döyülərək qabırğaları sındırılıb

18 Dekabr 2021 21:27

Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Asəf Həsrət oğlu həmyerlisi tərəfindən döyülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, A.Məmmədov qabırğalarının sınığı, baş nahiyəsinin və bədənin digər yerlərinin xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Milli.Az