Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə təsdiqləndi

18 Dekabr 2021 15:37

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla "Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə" təsdiq edilib (əlavə olunur).

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Milli.Az