"3 yox, 23 villam var" - Manaf Ağayev

18 Dekabr 2021 15:18

Müğənni Manaf Ağayev sosial şəbəkədə tez-tez maşınlarla foto paylaşmasından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Həmin Zaur" verilişində ona ünvanlanan "Məşhur maşın şirkətinin biri ilə müqavilə bağlamısız, ona görə avtomobillərlə fotolar yayımlayırsız" suala belə cavab verib:

"Sevirəm maşın və ya başqa əşya ilə şəkil çəkdirim. O demək deyil ki, görməmişəm. Nə qədər "şablon" şəkil olar".

Manaf "3 villanız var" sualına isə "23 villa var. Heç bir mülkümü də satmamışam" reaksiyasını verib.

Milli.Az