Malayziyanın Selanqor ştatında bir neçə avtomobilin qəza törətməsi nəticəsində azı 10 nəfər, o cümlədən 8 uşaq həyatını itirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata görə, toqquşma üç minik avtomobili və qoşqulu yük maşını arasında baş verib. Qəza nəticəsində azı 10 nəfər həyatını itirib, 7 nəfər yaralanıb. Ölənlərdən ikisi böyük, digər səkkizi uşaqdır.
Milli.Az