Kişi ginekoloq qadınları "Zoom"da onlayn müalicə etdi, videolarını yığdı -

18 Dekabr 2021 10:36

İtaliya polisinin 40 yaşlı kişinin evində axtarış aparması maraqlı faktları üzə çıxarıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, çoxsaylı şikayətlərdən sonra polis "ginekoloq"un evində axtarış aparıb. 

Bu zaman onlarla telefon və yaddaş kartı ələ keçib. Məlum olub ki, həmin şəxs xəstəxanada işləyir və yaxma verən qadınların kontaktlarını əldə edib. Bundan sonra o, həmin qadınlarla əlaqə saxlayaraq onlarda infeksiya olduğunu bildirib. Kişi pandemiyanı əsas gətirərək qadınlara çölə çıxmamağı, "Zoom" proqramı ilə müayinə edilməyi təklif edib. Kamera qarşısında soyunan qadınların hərəkətləri isə kompüterdə qeyd olunub. Ehtimala görə, ginekoloq azı 400 qadını bu yolla "müayinə edib".

Milli.Az