Xalq artisti Zülfiyyə Xanbabayeva Avroviziya Uşaq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Sona Əzizovaya dəstək nümayiş etdirib.
Milli.Az olay-a istinadən xəbər verir ki, Sonanın ifasını paylaşan müğənni izləyicilərini ölkəmizə səs verməyə çağırıb. O, həmçinin, paylaşıma bu sözləri yazıb:
"Sona qızımız, əminəm ki, Azərbaycanı layiqincə təmsil edəcəksən. Uğurlar".
Qeyd edək ki, Uşaq Avroviziya- 2021 mahnı müsabiqəsi dekabrın 19-u Fransada keçiriləcək. 19 ölkənin iştirak etdiyi müsabiqənin rəsmi şüarı "Imagine"-dir (Xəyal Et).
Milli.Az