Karantin qaydalarının pozulduğu üç şadlıq sarayı cərimələndi - FOTO

18 Dekabr 2021 09:20

Şirvanda karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən "Sərvət Palace", "Tural" və "Leyla" şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.

Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirllər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Milli.Az