Milyarder repçi gələn il evsiz qalacaq

18 Dekabr 2021 17:30

Amerikalı məşhur milyarder repçi Kanye Uest evsiz qalmağı planlaşdırır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə repçi müsahibələrinin birində bildirib:

"Kapitalizmin hakimiyyəti altındayıq və bu, bizi öldürür. Bir ildən sonra mənim evim olmayacaq. Onların hamısını hər kəsin üz tuta biləcəyi kilsəyə çevirəcəyəm. Orada hər zaman pulsuz yemək veriləcək".

Milli.Az