Bu peyvənd qan laxtalanması yaradır

18 Dekabr 2021 09:48

ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinin (CDC) mütəxəssisləri qan laxtalanması ilə bağlı fəsadlar səbəbindən "Johnson&Johnson"un koronavirus peyvəndini istifadə etməməyi məsləhət görüblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislər "Pfizer" və "Moderna" şirkətlərinin "mRNA" texnologiyası ilə istehsal edilən digər peyvəndlərin mövcud olduğu təqdirdə onlardan istifadə edilməsi tövsiyəsinin lehinə səs veriblər.

Qeyd edək ki, ABŞ-da "Johnson&Johnson" peyvəndi ilə peyvənd olunmuş xəstələrdə qan laxtalarının əmələ gəlməsi ilə bağlı onlarla ağırlaşma halları qeydə alınıb.

"Johnson & Johnson" peyvəndi aprel ayında dayandırılmışdı, lakin sonra alimlərin tövsiyəsi ilə yenidən bərpa edilib.

Milli.Az