Pakistanda toyda 8 nəfər həlak olub

18 Dekabr 2021 08:38

Pakistanın Pencab əyalətində toy mərasimi zamanı avtobus kütləyə çırpılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həlak olub, 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Polisin məlumatına görə, idarəetmədən çıxan nəqliyyat vasitəsi toy həyətindəki kütləyə çırpılıb. Xilasedicilər yerli əhalinin köməyi ilə zərərçəkənləri xəstəxanaya çatdırıblar. Ölənlərin sayının artacağı istisna olunmur.

İlkin ehtimala görə qəzaya qatı duman səbəb olub. Sürücü hadisə yerindən qaçıb.

Milli.Az