"Aristokrat toyu istəyirəm" - Hərbçi ilə nişanlanan Nigar

18 Dekabr 2021 03:33

Əməkdar artist Nigar Şabanova toyu ilə bağlı sualları cavablandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə "Tam vaxtıdır" verilişində hərbiçi həyat yoldaşı ilə toyunun nə vaxt keçiriləcəyini açıqlayıb:

"O tərəfdən olsa, tez olacaq. Amma mən istəyirəm soyuq havalar keçsin".

"Yay və aristokrat toyu istəyirsən" sualına "Yay gəlsin. Bəli, aristokrat toyu istəyirəm" cavabını verib.

Qeyd edək ki, Xəyyam və Nigarın nikahı oktyabrın 25-də olub.

Milli.Az