Bu şəxslərə “Əməkdar mühəndis” fəxri adı verildi - SƏRƏNCAM

17 Dekabr 2021 15:20

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşlarına "Əməkdar mühəndis" fəxri adı verilir:

Mirzəyev Rasim Cəbrayıl oğlu

Musayev Elşən Qədir oğlu.

Milli.Az