Azərbaycanda polkovnik-leytenant vəfat etdi

17 Dekabr 2021 13:44

Azərbaycanda polkovnik-leytenant vəfat edib.

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Ramin Ələkbərov dekabrın 16-da gecə saatlarında ağciyər arteriyasının tromb emboliyasından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən zabitin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Milli.Az