Bu xəstəxananın direktoru işdən çıxarıldı

17 Dekabr 2021 14:40

Ağdam Mərkəzi Rayon Xəstəxanası Publik hüquqi şəxsin direktoru işdən çıxarılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, baş həkim Elxan Sədrəddin oğlu Ələsgərov vəzifəsindən azad olunub.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndən (TƏBİB) APA-ya bildirilib ki, Elxan Ələsgərovun direktor kimi fəaliyyətinə müqavilə müddətinin bitməsi ilə bağlı xitam verilib.

Hələlik bu vəzifəyə təyinat olmayıb.

Milli.Az