Nazirdən yeni TƏYİNAT

17 Dekabr 2021 12:36

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Rəfail Cəfərov Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

Milli.Az