Cinsi əlaqə zamanı filmdəki pozanı tətbiq etdi: FACİƏLİ SONLUQ

17 Dekabr 2021 09:48

Ukraynanın Kiyev şəhərinin Solomenski Rayon Məhkəməsində qeyri-adi cinayət işinə baxılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, kişi cinsi əlaqə zamanı təsadüfən partnyorunu öldürüb.

Məlum olub ki, ittiham olunan şəxs sevgilisi ilə cinsi əlaqə zamanı pornofilmdə gördüyü pozalardan birini tətbiq edib. 

Məhkəmə zamanı günahını etiraf edən müttəhim deyib ki, birlikdə içki içdikdən sonra  sevgilisi ilə təxminən iki dəfə cinsi əlaqədə olublar: 

"Pornofilmdə gördüyüm bir şeyi sınamaq istədim, partnyorum razılıq verdi. Və hər şey yaxşı olardı, amma... Bir əlimlə qolunu xanımın belinə qoydum, digər əlimlə isə onun burnunu və ağzını bağlayıb özümə sarı sıxırdım... 

Mətbəxə getdim, qayıdanda onun səssiz çarpayıda qaldığını gördüm. Nəfəs almırdı, ağzından qan axırdı. Təcili tibbi yardıma və polisə zəng elədim, lakin artıq gec idi, qadın ölmüşdü".

Müttəhimi 5 ilə qədər həbs cəzası gözlədiyi bildirilir.

Milli.Az