İbrahim Tatlısəs Azərbaycanda restoran açacaq

17 Dekabr 2021 14:36

Məşhur müğənni İbrahim Tatlısəs Azərbaycanda restoran açmaq istəyir.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə məşhur sənətçi İzmirin Alsancak şəhərində "Çiy küftə" restoran şəbəkəsinin yeni filialının açılışında bildirib.

Sənətçi restoranlar şəbəkəsini bütün dünyada açmaq arzusunda olduğunu bəyan edib:

"Almaniya, Azərbaycan, İran, İraq, Hollandiya, Parisdə restoranlar şəbəkəsini açmaq arzusundayam".

Milli.Az