Rusiyanın etirazına rəğmən böyüdük! - NATO

17 Dekabr 2021 14:48

NATO-nun son illərdəki "açıq qapı" siyasəti Rusiyanın bütün etirazlarına rəğmən genişlənməkdə davam etdi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

O bildirib ki, ittifaq son dövrdə Şimali Makedonya və Monteneqro olmaqla, iki yeni üzv qazanıb.

"Ukraynanın da ittifaqa üzv olmaq səylərini dəstəkləyirik", - Stoltenberq əlavə edib.

Milli.Az