Darvinin 195 illik mikroskopu hərraca çıxarılacaq - FOTO

17 Dekabr 2021 12:18

Londonda təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası Çarlz Darvinin 195 illik mikroskopu hərraca çıxarılacaq.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 1826-cı ildə hazırlanan cihaz "Sotheby's" hərrac evində nümayiş olunacaq.

İlkin qiymətləndirmələrə görə, mikroskopun 250-350 min funt sterlinqə (təxminən 563-788 min manat) satılacağı gözlənilir. 

Qeyd edək ki, Çarlz Darvin 1864-cü ildə cihazı oğlu Leonardoya verib. Daha sonra alət miras kimi nəsildən-nəsilə ötürülüb.

Milli.Az