Yeni il gecəsi milyon qazanacaq

17 Dekabr 2021 09:30

Türkiyəli müğənni Bülənt Ərsoy Yeni il gecəsi Boluda yerləşən otellərin birində səhnəyə çıxacaq.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, sənətçi 90 dəqiqə çıxış edəcək. O, bunun müqabilində 1 milyon lirə məvacib qazanacaq.

Bolu bölgəsinə məxsus 40 növ şirniyyat 30 aşpaz tərəfindən Ərsoy üçün hazırlanacaq.

Milli.Az