İsrail Dəməşqə raket zərbəsi endirdi

16 Dekabr 2021 23:59

İsrail Hərbi Hava Qüvvələrinə məxsus dörd F-16 qırıcısı Dəməşq hava limanı yaxınlığına səkkiz qanadlı raketlə zərbə endirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Suriyadakı Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit bildirib.

Onun sözlərinə görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri "Pantsir-S" komplekslərindən İsrail aviasiyasının atdığı yeddi mərmini məhv edib.

"Hava hücumu nəticəsində maddi əmlak anbarına ziyan dəyib, bir nəfər həlak olub", - deyə Kulit əlavə edib.

Milli.Az