Britaniyada son sutkada koronavirusdan 146 nəfər həyatını itirib

16 Dekabr 2021 22:36

Böyük Britaniyada son sutka ərzində 88 376 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 11 097 851 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 146 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 146 937 nəfərə çatıb.

Milli.Az