Türkiyə klubu baş məşqçisi ilə vidalaşıb

16 Dekabr 2021 20:54

Türkiyənin "Fatih Karagümrük" futbol klubu baş məşqçisi Françesko Farioli ilə yollarını ayırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

32 yaşlı baş məşqçi bu ilin martında komandanın sükanı arxasına keçmişdi.

Qeyd edək ki, Françesko Fariolinin adı "Fənərbağça" ilə yanaşı hallanır.

Milli.Az