Zoba görə məsləhət görülən qidalar

19 Dekabr 2021 12:15

Qalxanabənzər vəzin (zob) düzgün işləməsi üçün bir sıra yodla zəngin qidalar lazımdır.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə rusiyalı dietoloq İrina Rıl danışıb.

O yod çatışmazlığına görə faydalı qidalar barədə məlumat verib.

"Qalxanabənzər vəzin normal fəaliyyəti üçün yod lazımdır. Biz onu dəniz yosunu, dəniz məhsulları, dəniz balığı, feyxoa, xurma, qozdan ala bilərik", - Rıl qeyd edib.

Dietoloq əlavə edib ki, hormonların normal istehsalı üçün tirozin lazımdır: "Bu amin turşusu avokado, kivi, əncir, ərik, bananda olur. Selenium T3 və T4 hormonlarının istehsalı üçün lazımdır. Tərkibinə görə lider Braziliya qozudur".

Milli.Az