Bu klub baş məşqçisini göndərdi

16 Dekabr 2021 16:14

"Sumqayıt" futbol klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

Milli.Az "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Abbasova klubda göstərdiyi xidmətlərinə görə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.

Milli.Az