İranda terror qruplaşması zərərsizləşdirilib

16 Dekabr 2021 21:46

Bu gün İranın Sistan və Bəkuçistan əyalətinin Səravan sərhəd bölgəsində terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı 4 terrorçu öldürülüb.

Onlardan xeyli sayda silah-sursat götürülüb. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Milli.Az