Azərbaycan üzgüçüsü 56 idmançı arasında 53-cü oldu

16 Dekabr 2021 12:36

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idmançımız Rəşad Alquliyev 100 metr məsafəyə arxasıüstə üzmədə 58,96 saniyə nəticə ilə 56 idmançı arasında 53-cü yeri tutub.

Ramil Vəlizadə isə 200 mert məsafəni butterflay üsulu ilə 1 dəqiqə 59,74 saniyəyə üzərək 42 idmanşı arasında 30-cu yerdə qərarlaşıb.

Milli.Az