“Omikron” ştammının özünəməxsus simptomu açıqlandı

16 Dekabr 2021 18:48

"Omikron"un dominant ştamm halına gəldiyi Cənubi Afrika Respublikasında əldə edilən məlumatlar onun özünəməxsus simptoma malik olduğunu təsdiqləyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, "Omikron"a yoluxmuş xəstələrdə bel və boğaz ağrısı eyni zamanda əmələ gəlir.

Bununla yanaşı, "delta" ştammı diaqnozu qoyulanlarla müqayisədə onların xəstəxanalara düşmə ehtimalı 23% azdır.

Qeyd edək ki, müvafiq araşdırma çərçivəsində 78 minə yaxın xəstənin məlumatları tətqiq olunub.

Milli.Az