“Omicron” yaxın həftələrdə Avropada dominant ola bilər

16 Dekabr 2021 08:42

Koronavirusun "omicron" variantı sürətlə yayılır. O, yanvarın ortalarınadək Avropada "Delta" ştamını üstələyərək dominantlıq edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib. Bununla yanaşı, Lyayen əlavə edib ki, qitədə kifayət qədər vaksin ehtiyatı mövcuddur və peyvəndləmə sürəti artırılmalıdır.

Milli.Az