Bakıda davada bıçaqlandı

16 Dekabr 2021 09:05

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1986-ci il təvəllüdlü Məmmədov Niyaməddin Köçəri oğlu dava zamanı bıçaqlanıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az