Bu bakteriyalar plastiki həzm edir

16 Dekabr 2021 07:15

Çalmers Texnologiya Universitetinin (İsveç) bioloqları quruda və suda plastikləri parçalaya bilən bakteriyalar aşkar ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki,  tədqiqatçıların fikrincə, bakteriyalar təkamül qabiliyyətinə malikdir və demək olar ki, universaldır. Onlar müəyyən bir tullantı növünə uyğunlaşır və müxtəlif plastikləri təkrar emal edə bilirlər. Alimlər həmçinin bakteriyaların plastik çirklənmə səviyyəsinə reaksiya verdiyini də qeyd ediblər.

Tədqiqatçılar təxminən 200 milyon müxtəlif bakteriyanın davranışını və xüsusiyyətlərini tədqiq ediblər. Nəticədə 300 min mikroorqanizmin təxminən on növ plastik parçalamaq qabiliyyəti aşkarlanıb.

Onlardan bəzilərinin laborator sınaqları keçiriləcək, burada plastik parçalanma mexanizmini və sürətini qiymətləndirəcəklər.

Milli.Az