İradə ağ saçlarına təslim oldu - FOTO

16 Dekabr 2021 01:17

Türkiyədə yaşayan müğənni İradə İbrahimova ağ saçlarına təslim olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, yeni imici ilə diqqət çəkən sənətçi instaqramda post paylaşaraq saçlarını boyatmadığını, bunun öz rəngi olduğunu bildirib:

"İmic dəyişikliyi fikri ilə saçımı dəyişmədim. Ağ saçlarıma təslim oldum. Məndən onları gizlətməməyimi istədiklərini hiss etdirdilər. Ağ saçlarım mənə rəhmətlik atamın mirasıdır. Könülləri xoş olsun! Atama da salam olsun! Sevgilərlə".

Milli.Az