Dünyaca məşhur aktyor Tom Kruz rol aldığı "Qeyri-mümkün missiya 7" filminin komandasına jesti ilə gündəmə gəlib.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi İngiltərədə çəkilişdə olan işçilərə Amerikadan 300 ədəd Yeni İl tortu göndərib.
Aktyorun Los-Ancelesdəki şirniyyat evindən minlərlə dollara aldığı ağ şokoladlı və kokoslu tortlar İngiltərəyə onun şəxsi təyyarəsi ilə çatdırılıb.
Milli.Az