Emin özü üçün 2 milyona yaxın pul xərcləyib

15 Dekabr 2021 17:18

Xalq artisti Emin Ağalarov müğənnilik fəaliyyətinə xərclədiyi pulun məbləğini açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "Аргументы и факты"ya müsahibə zamanı ifaçıya bu haqda sual ünvanlanıb.

"Düşünürəm ki, özüm çalışdığım ifaçılardan daha az məbləğdir. Ola bilsin ki, bütün illər ərzində piar üçün 1 milyon dollar (1,7 milyon dollar) xərcləmişəm" deyə, Emin cavab verib.

Müğənni bildirib ki, öz prodüseri elə özüdür:

"Özünü tanımaq şübhəli işdir. Bu halda daxilində özünlə mübarizə aparırsan. Ancaq materiala pul qoymuşam".

Milli.Az