Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S. Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVID-19 pasportu verdiyi üçün saxlanılıb.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az