Ukraynanı Kubanın taleyi gözləyir

15 Dekabr 2021 12:00

Rusiya və ABŞ Ukrayna ətrafındakı situasiyadan çıxış yolu tapacaq, lakin sonuncunu Karib böhranından sonrakı Kubanın taleyi gözləyir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri xorvat nəşri - "Geopolitika"nın siyasi yazarı Zoran Meter öz məqaləsində qeyd edib.

O bildirib ki, ABŞ və NATO Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, öz silahlı qüvvələrindən istifadə etməyəcək:

"Moskvada da açıq bəyan etdilər ki, Kiyev hücum etməyəcəyi təqdirdə, qonşu ölkəyə əməliyyat planlaşdırmırlar".

Meter əlavə edib ki, Karib böhranı ABŞ-SSRİ arasında hansı rol oynayırdısa, Ukrayna böhranı da rus-amerikan əlaqələrində həmin yerə malikdir. Yazarın fikrincə, ABŞ və Rusiya indi sxemdə mövqeləri dəyişdiriblər, Kubanın əvəzinə Ukraynadır.

Milli.Az