Britaniyada son sutkada koronavirusdan 150 nəfər öldü

14 Dekabr 2021 23:49

Böyük Britaniyada son sutka ərzində 59 610 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 10 932 545 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 150 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 146 627 nəfərə çatıb.

Milli.Az