Milli Məclis Aparatı rəhbərinin köməkçisi təyin edilib

14 Dekabr 2021 22:33

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə köməkçi təyin edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Hasil Tağızadə təyin olunub.

Xatırladaq ki, Milli Məclis Aparatının rəhbərinin köməkçisi Elxan Əhmədov pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

Milli.Az