Saatlı sakinində odlu silah aşkarlanıb

14 Dekabr 2021 21:39

Saatlı rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundanverilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Həsən Məmmədovdan müvafiq sənədləri olmayan "İj-18EM" markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Milli.Az