Qəzada sevgilisi ölən müğənnidən təsirli paylaşım - FOTO

14 Dekabr 2021 20:48

Ötən gün dəhşətli avtomobil qəzasında sevgilisi Erdal Lafçı Şeydanı itirən müğənni Gülçin Ergül paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi instaqramda sevgilisinin fotosunu "Sən mənim mələyimsən. Həmişə belə idin" şərhi ilə paylaşıb.

Qeyd edək ki, qəza Tükriyənin Balıkesir şəhərində baş verib. Erdalın idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində G. Ergül yaralanıb, Lafçı isə dünyasını dəyişib.

Milli.Az