Prezidentin «Cip»i oğurlandı!
5 May 2010 10:24
Yerli "La Razon" qəzeti yazır ki, onu prezidentə venesuelalı həmkarı Uqo Çaves hədiyyə edibmiş. Məlumata görə, zirehli "Cip" mayın 2-də La Pasın mərkəzi küçələrindən birindən oğurlanıb. Həmin vaxt sürücü prezident ailəsi üçün bazarlıq edirmiş.
Şahidlər bildirir ki, naməlum kişi yol kənarında işlək vəziyyətdə qoyulmuş maşının sükanı arxasına keçərək naməlum istiqamətdə gedib. "Toyota Land Cruiser" markalı avtomobilin axtarışı hələ ki nəticə verməyib. O, Çavesin Morales və onun hökumətinin yüksək rütbəli nümayəndələrinə hədiyyə etdiyi 16 maşından biridir.
Milli.Az