Rusiyada koronavirusdan ölənlərin sayı 291 749-a çatdı

14 Dekabr 2021 19:42

Rusiyada son bir gündə daha 28 343 nəfərə COVID-19 diaqnozu qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 074 797 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 145 nəfər artaraq 291 749-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 804 000 nəfər sağalıb.

Milli.Az