"Bu hadisə illər öncə planlaşdırılmışdı" - Keçmiş əri yenidən nişanlanan Mətanətin gəlini

14 Dekabr 2021 16:42

Xəbər verdiyimiz kimi əməkdar artist Mətanət İsgəndərli boşanan oğlu Kərimi yenidən nişanlayıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Kərimin keçmiş həyat yoldaşı Canana sosial media hesabında bu hadisənin illər əvvəl planlaşdırıldığını qeyd edib:

"Bu hadisə illər öncədən planlaşdırılmışdı. Məni boşamaq planları hər zaman olub. Mənim övladlarım da onlara heç lazım deyil. Məhkəmə bitib qurtardıqdan sonra geri göndərəcəklər. Mən alimenti ödəyim, uşaqlara ev verilməsin deyə hazırda uşaqlar onlara lazımdır".

Milli.Az