Suriya müxalifəti geri çəkilir?
1 Mart 2012 19:34
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Suriyanın müxalifətinin istehkamı olan Homs şəhərinin Baba Əmr bölgəsindən müxalifətçi döyüşçülər sıxışdırılaraq çıxarılıb. Suriyanın təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, hazırda bölgə ordunun nəzarətindədir. Azad Suriya Ordusunun polkovniki Riyad Əl-Əsədə istinadən bildirilir ki, "döyüşçülər bölgədən mülki əhalinin müdafiəsi məqsədi ilə çıxarılıb". Bu ərazi 27 gün müntəzəm şəkildə bombardman edilirdi.
Suriyanın Parisdə yerləşən Milli Şurasının rəhbəri Bürhan Qaliun müxbirlərlə görüşü zamanı Əsəd qüvvələrinə müqavimət məqəsədi ilə hərbi şura təsis edildiyini deyib. O bildirib ki, şura Suriya daxilindəki silahlı müxalifətlə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.
Milli.Az